AZ

“Şamaxı”dan Rusiya klubuna

“Şamaxı” Futbol Klubu hücumçusu Belajdi Pusi transferi ilə bağlı Rusiya Premyer Liqasında çıxış edən “Fakel” (Voronej) klubu ilə razılıq əldə edib.
Futbolpress.az xəbər verir ki, Pusi artıq Rusiya təmsilçisinin düşərgəsindədir və tibbi baxışdan keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.
Mövsümün əvvəlində “Şamaxı”ya qoşulan Belajdi Pusi “Şamaxı” forması ilə 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Seçilən
55
8
futbolpress.az

10Mənbələr