AZ

Azərbaycan millisinin futbolçusu Finlandiyada 3 dəqiqəyə qol vurdu - FOTO 

  Futbol üzrə Azərbaycan milli komandasının üzvü Ozan Kökçü Finlandiyada diqqət mərkəzinə düşüb.

26 yaşlı yarımmüdafiəçi şərəfini qoruduğu HİK klubunun heyətində qol vurub. Ozan Finlandiya kuboku çərçivəsində KTP ilə görüşdə fərqlənib.

72-ci dəqiqədə meydançaya çıxan futbolçumuz bundan 3 dəqiqə sonra rəqib qapısına yol tapıb. Oyun HİK-in 4:0 hesabı qələbəsi ilə yekunlaşıb. /Offsideplus.az


Seçilən
37
4
referans.az

5Mənbələr