AZ

Pakistan əfqan immiqrantları deportasiya etmək istəyir

Pakistan hökumətinin ölkədəki bütün əfqan immiqrantları deportasiya etmək istədiyi bildirilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın İslamabaddakı səfirliyi yazılı açıqlama verib.
 
Açıqlamada, Pakistanın paytaxtı İslamabad və Ravalpindidə Əfqanıstan vətəndaşlarının son vaxtlar həbsə atılmaları, axtarışa verilmələri və bu iki şəhəri tərk etmələri ilə bağlı göstəriş verildiyi bildirilib.
 
Həmçinin, Əfqanıstanın İslamabaddakı səfirliyinə rəsmi məlumat verilmədiyi də bildirilib.
 
Bununla yanaşı, Səfirliyin bu hərəkətlərin \"təcrid olunmuş hadisələr” və ya \"ictimaiyyətə açıqlanmalı olan rəsmi siyasətin bir hissəsi” olduğunu aydınlaşdırmaq üçün Pakistan rəsmiləri ilə çoxlu görüşlər keçirdiyi bildirilib və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bu prosesdən xəbərsiz olduğu da qeyd edilib.

Nəticədə, Pakistan Xarici İşlər Nazirliyinin rəsmiləri təsdiqləyiblər ki, bütün əfqan qaçqınlarını təkcə İslamabad və Ravalpindidən deyil, yaxın gələcəkdə bütün ölkədən deportasiya etmək üçün qəti və yekun plan var.
 
Pakistan rəsmilərinin sözlərinə görə, bu, hökumətin rəsmi qərarıdır və etibarlı qanuni vizaları olan əfqanlara İslamabad və Ravalpindidə yaşamağa icazə veriləcək.
 
Oksana
Seçilən
73
50
azxeber.com

10Mənbələr