AZ

Maliyyə Nazirliyi 57 təşkilatda əsassız ödənişlər aşkarladı

Ötən il dövlət büdcəsindən vəsait alan 57 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 13 milyon 331,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, 2024-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 100 təşkilatda nəzarət tədbirləri həyata keçirilib.

Hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini Azərbaycan Respublikasının Baş Prokurorluğundan və hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar aparılan nəzarət tədbirləri təşkil edib. Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 57 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 13.331,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, yoxlama materialları aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilib

// APress.az

Seçilən
16
12
apress.az

10Mənbələr