AZ

Maliyyə Nazirliyi 45 vəzifəli şəxsi cərimələyib

2024-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti yoxlamalar zamanı 45 nəfər vəzifəli şəxsə 40,6 min manat məbləğində cərimə tətbiq edib.

7News.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

"Yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilən nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə cərimələnib", - nazirlik bəyan edib.
 
 

Seçilən
85
49
7news.az

10Mənbələr