AZ

Ceyhun Bayramov Küveytə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında Birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün aprelin 29-30-da bu ölkəyə səfər edəcək.

Demokratikmusavat.com“Report”a istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Küveytin xarici işlər nazirinin müavini Cərrah Cabər əl-Əhməd əs-Sabahla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Y.Rəfiyev qeyd edib ki, yüksək səviyyəli səfər mübadiləsi ikitərəfli münasibətlərin inkişafı üçün çox vacibdir.

"Biz nazir müavinləri səviyyəsində görüşdük və aprelin 29-30-da ölkəmizin xarici işlər naziri Ceyhun Bayramovun səfəri planlaşdırılır", - nazir müavini bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha Azərbaycana səfərlə bağlı dəvət göndərib:

"Ümid edirik ki, o, bu il Azərbaycana səfər edəcək".

Qeyd edək ki, Azərbaycan və Küveyt arasında Hökumətlərarası Komissiyanın sonuncu iclası 2013-cü il fevralın 14-də Bakı şəhərində keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri xarici işlər naziridir.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
82
6
Demokratikmusavat.com

10Mənbələr