AZ

Ötən ay 19,4 milyon manatlıq narkotik döviyyədən çıxarılıb, 7 əcnəbi tutulub

Ötən ay qanunsuz dövriyyədən çıxarılmış 750 kq 328, 026qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 19 milyon 430 min AZN kimi qiymətləndirilir.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məlumatında deyilir.

Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 235 nəfər cəlb edilmiş, onlardan 18-25 yaşadək 14 nəfər, 26 - 29 yaşadək 31 nəfər, 30 yaş və ondan yuxarı isə 190 nəfər təşkil edir. Həmin şəxslərdən 227-i kişi, 8-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 7 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 7 xarici ölkə vətəndaşından3-ü İran İslam Respublikası, 2-si Rusiya, 1-i Gürcüstan, 1-i Ukrayna vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 10 kq 009,195 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 22 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 173 kq 322,226qr və 1475 həb metadon narkotik vasitə və psixotrop maddə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 14 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 194 kq 732,81 maddə müsadirə edilmişdir.

Seçilən
5
3
apa.az

4Mənbələr