AZ

Ötən ay 20 milyon manata yaxın narkotik dövriyyədən çıxarılıb

Ötən ay qanunsuz dövriyyədən çıxarılmış 750 kq 328.026 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 19 milyon 430 min manat kimi qiymətləndirilir.

hakimiyyet.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məlumatında deyilir.

Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 235 nəfər cəlb edilib, onlardan 18-25 yaşadək 14 nəfər, 26 - 29 yaşadək 31 nəfər, 30 yaş və ondan yuxarı isə 190 nəfər təşkil edir. Həmin şəxslərdən 227-si kişi, 8-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən yeddi nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş yeddi xarici ölkə vətəndaşından üçü İran İslam Respublikası, ikisi Rusiya, biri Gürcüstan, biri Ukrayna vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 10 kiloqram 9.195 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 22 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 173 kiloqram 322.226 qram və 1 475 həb metadon (həb) narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlər 14 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 194 kiloqram 732.81 qram maddə müsadirə edilib.

Seçilən
9
3
hakimiyyet.az

4Mənbələr