AZ

Lavrov: "Rusiya Azərbaycanla viza rejiminin tətbiq edilməsini istəmir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mərkəzi Asiya, ilk növbədə Cənubi Qafqaz ölkələrindən, eləcə də Sovet İttifaqının digər keçmiş respublikalarından əmək miqrantlarının Rusiyaya giriş rejiminin sərtləşdirilməsi Moskvanın uzunmüddətli maraqlarına kömək etmir".
Oxu.Az "Kommersant" qəzetinə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında hökumət saatında çıxış edərkən deyib.
"Biz onların davranışı üzərində nəzarətin sərtləşdirilməsinin, lakin əngəllərin yaradılmamasının, üstəlik də viza rejiminin tətbiq edilməməsinin tərəfdarıyıq. Bəli, mövcud olmuş qaydalarla müqayisədə indi əlavə tədbirlər görülür, lakin onlar əmək miqrasiyası üçün əngəllərin yaradılmasına deyil, nəzarətin sərtləşdirilməsinə yönəlib" , - deyə o vurğulayıb.
Seçilən
23
50
oxu.az

10Mənbələr