AZ

Peskov Rusiyanın NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini yalanlayıb

Peskov Rusiyanın NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini yalanlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ər-Riyadda NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini təkzib edib.


“Xeyr, bu doğru deyil. Bizim mövqeyimiz ondan ibarətdir ki, NATO hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsi bizi narahat edir. Bizim bu mövqeyimiz hamıya məlumdur, heç kimə sirr deyil”, deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rumıniya Prezidentinin müdafiə və milli təhlükəsizlik üzrə müşaviri Kristian Diakonesku bildirib ki, Rusiya və ABŞ-ın Ər-Riyaddakı danışıqlarında Rusiya NATO-nun Şərqi Avropa ölkələrindən getməsini tələb edib. Onun sözlərinə görə, ABŞ bu tələbi rədd edib.

Seçilən
19
50
apa.az

10Mənbələr