Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 21-idə AMEA Nəsimi adına Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Günü münasibətilə elmi sessiya keçiriləcək.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Bildirilib ki, elmi sessiyada “Yeni media blok dili”, “Azərbaycan dili və nitq mədəniyyəti məsələləri”, “Müasir Azərbaycan dilində nitq normalarının pozulması”, “Azərbaycan dili və gəncliyimiz” mövzuları müzakirə olunacaq.