AZ

Paytaxt məktəblərində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbirlər...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirlər keçirilib.

İdarədən AzEdu.az-a bildirilib ki, tədbirlərdə məktəblilərə Beynəlxalq Ana Dili Gününün tarixi barədə ətraflı məlumat verilib, xalqımızın milli-mənəvi dəyərlərindən olan Azərbaycan dilinin keçdiyi tarixi inkişaf mərhələlərinə nəzər salınıb. Bildirilib ki, müxtəlif illərdə Azərbaycan xalqı istilalara, təzyiqlərə baxmayaraq milli kimliyinin, ruhunun təzahürü olan bu müqəddəs sərvəti qoruyub yaşadaraq, inkişaf etdirərək mükəmməl səviyyəyə yüksəldə bilib. Qeyd olunub ki, hər kəs ana dilində danışmaqdan qürur duymalı, dilimizi yad təsirlərdən qorumaq üçün çalışmalı, ən dəyərli milli xəzinə kimi gələcək nəsillərə miras olaraq ötürməyi hər bir azərbaycanlı vətəndaşlıq borcu kimi qəbul etməlidir.

Tədbirlərdə Azərbaycan dilinin tarixi inkişaf yolundan bəhs edən videoçarxlar nümayiş olunub, şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

Seçilən
27
15
azedu.az

10Mənbələr