Azərbaycan UNESCO-nun mənzil-qərargahında keçirilən Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbirdə təmsil olunub...
"Report"un Fransa bürosu xəbər verir ki, paytaxt Parisdə Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Təhsil Sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbir-sərgidə Azərbaycan dili haqqında ətraflı məlumat verilib.
Sərgidə Azərbaycan dili və əlifbasına həsr olunmuş kitablar, açıqcalar, milli suvenirlər nümayiş olunub. Tədbir iştitakçıları Azərbaycan tarixi, mədəniyyəti, dili haqqında ətraflı məlumatlandırılıblar.
Sərgidə Azərbaycanla yanaşı, Paraqvay, Hindistan, Ukrayna, Lüksemburq, Rusiya, Peru, Çili, Nikaraqua, Cənubi Koreya və Salvador iştirak edib.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan milli rəqsi "Naz eləmə" yer alıb.
Sərgi 25 fevraladək davam edəcək.
Xatırladaq ki, hər il fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Beynəlxalq Ana Dilinin keçirilməsi təşəbbüsü ilk dəfə 1999-cu ildə UNESCO Baş Konfransı zamanı Banqladeş tərəfindən irəli sürülüb.
Poliqon.info