AZ

Dünyanın ən zəngin adamlarından olan Ceff Bezos HƏBS EDİLƏ BİLƏR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Amazon"un qurucusu milyarder Ceff Bezos kimi onlayn-reteylerlərin sahibləri 18 yaşınadək olan yeniyetmələrə qanunsuz bıçaq satışına görə həbs oluna bilərlər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat paylaşıb.
Məlumata əsasən, bu kimi internet şirkətlərinin sahibkarları leyboristlərin hökumətinin yeni qanunvericilik tədbirləri çərçivəsində uşaqlara bıçaq satmağa icazə versələr, onlar iki ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Yeni qanunvericiliyə əsasən, zorakılıq törətmək məqsədilə soyuq silahın saxlanılması dörd il həbs cəzasını nəzərdə tutur.
Qeyd edək ki, qanunvericilik dəyişiklikləri 2024-cü ildə 17 yaşlı ruandalının Sautport şəhərində üç qızı öldürməsi ilə bağlıdır. Qəzetin yazdığına görə, o, şəxsiyyət vəsiqəsini saxtalaşdırdıqdan sonra, "Amazon"dan bıçaq alıb.
Seçilən
71
50
oxu.az

10Mənbələr