Süni intellekt dünyası böyük dəyişikliklərin astanasındadır. ABŞ-nin "OpenAI" şirkətində əvvəllər texnologiya direktoru (top-menecer) vəzifəsində olan Mira Murati süni intellekt texnologiyaları sahəsində əsl inqilab vəd edən özünün "Thinking Machines Lab" startapının yaradıldığını elan edib.
Bu barədə şirkətin "X"də dərc edilmiş məlumatında bildirilib.
Paylaşımda deyilib ki, "Thinking Machines Lab" startapı "ChatGPT", "Character.ai", "PyTorch" və "Mistral" kimi ən çox istifadə olunan süni intellekt məhsullarının yaradılmasında iştirak etmiş alimləri, mühəndisləri və tərtibatçıları öz sıralarında birləşdirib.
Bildirilib ki, şirkətin baş direktoru Mira Murati, texnologiya direktoru isə "ChatGPT" layihəsinin həmmüəllifi və "OpenAI" şirkətinin keçmiş tədqiqatlar üzrə vitse-prezidenti Barret Zof olub.
©oxu.az