AZ

"Qalatasaray"da "yarpaq tökümü" - kapitanı ilə bu futbolçu klubdan ayrılır - FOTO

Türkiyənin "Qalatasaray" klubu uruqvaylı qapıçısı Fernando Muslera ilə vidalaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 38 yaşlı futbolçu yayda komandanı tərk edəcək.

2011-ci ildən "cim-bom"un şərəfini qoruyan qolkiper dünən Avropa Liqasının pley-off mərhələsində "AZ Alkmaar"a qarşı matçda forma geyinməyib, çərçivə Günay Güvəncə tapşırılıb. "Sarı-qırmızılar"ın məşqçi korpusu 14 il ərzində ilk dəfə Musleranı ehtiyatda saxlayıb. O, indiyədək yalnız zədəli və ya cəzalı olanda Superliqa və avrokubok oyunlarını buraxıb.

"Qalatasaray" rəhbərliyi artıq Musleraya əvəzləyici axtarır. Namizədlər arasında Berke Özer ("Eyüpspor", Türkiyə), Lukas Perri ("Olimpik Lion", Fransa) və Konstantinos Tzolakis ("Olimpiakos", Yunanıstan) yer alır. Bu qapıçılardan braziliyalı Lukas Perrinin şansı daha çox qiymətləndirilir. Çünki "Qalatasaray"ın sabiq üzvü Klaudio Taffarel həmyerlisi barədə xoş sözlər söyləyərək, onun transferini məsləhət görüb.

Ümumiyyətlə, "cim-bom" son 27 ildə qapını adətən cənubi amerikalılara tapşırır. Musleraya qədər bu şərəfə Taffarel (1998-2001-ci illər) və kolumbiyalı Fərid Mondraqon (2001-2007-ci illər) nail olub.

Qeyd edək ki, Muslera "Qalatasaray" formasında 539 matça çıxıb, yeddi dəfə Türkiyə çempionu, dörd dəfə ölkə kubokunun və altı dəfə Türkiyə Superkubokunun qalibi olub.

"Qalatasaray" həmçinin Berkan Kutlu ilə yollarını ayıracaq.

UEFA Avropa Liqasının pley-off mərhələsində "AZ Alkmaar"a məğlub olan "Qalatasaray" avrokuboklarda mübarizəni dayandırmalı olub. Klub rəsmiləri Berkan Kutlunun performansını bəyənmədikləri üçün futbolçu ilə yolları ayırmaq qərarına gəliblər.

Klub rəhbərliyi futbolçu üçün ilk təklif göndərən klubla razılıq əldə olunacağını bildirib.

Qeyd edək ki, Berkan Kutlu bu mövsüm "Qalatasaray" forması ilə 33 oyunda cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
6
2
milli.az

10Mənbələr