AZ

Millimiz üçüncü yer uğrunda Özbəkistan seçməsi ilə qarşılaşacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxacaq.
Oxu.Az xəbər verir ki, İlham Yadullayevin komandası Özbəkistan millisi ilə qarşılaşacaq.
Belarusun paytaxtı Minskdə təşkil edilən turnirin üçüncülük matçı Bakı vaxtı ilə saat 15:40-da başlayacaq.
Həm Azərbaycan, həm də Özbəkistan millisi B qrupunu 6 xalla ikinci yerdə tamamlayıb.
Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.
Seçilən
10
50
oxu.az

10Mənbələr