AZ

Ötən il nəqliyyat dəhlizləri ilə daşınan yüklərin həcmi acıqlanıb

Nəqliyyat dəhlizləri vasitəsilə daşınan yüklərin 56,6 faizini və ya 18 840,1 min tonunu tranzit yüklər təşkil edib.

2024-cü ildə nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi 33 258,0 min ton, yük dövriyyəsi isə 13 198,3 milyon ton-km təşkil edib.

Operativ Media Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4 faiz və 2,5 faiz artım müşahidə olunub.

Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 16 982,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 322,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 896,5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5 984,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi isə 394,2 min ton təşkil edib.

Yüklərin 15277,6 min tonu və ya 46 faizi dəmir yolu nəqliyyatı, 10 090,0 min tonu və ya 30,3 faizi avtomobil nəqliyyatı, 7 890,4 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınan yüklərin 56,6 faizini və ya 18 840,1 min tonunu tranzit yüklər təşkil edib.

Seçilən
26
7
operativmedia.az

10Mənbələr