AZ

Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi artdı

Ötən il Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 394,2 min ton təşkil edib.

Yenicag.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 141,3 min ton və ya 55,9% çoxdur. Belə ki, 2023-cü ildə Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 252,9 min ton olub.

Qeyd edək ki, 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 milyon 258,0 min ton olub. Yüklərin 15 milyon 277,6 min tonu və ya 46,0 faizi dəmir yolu nəqliyyatı, 10 milyon 90,0 min tonu və ya 30,3 faizi avtomobil nəqliyyatı, 7 milyon 890,4 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhlizlər vasitəsilə daşınmış yüklərin 56,6 faizini və ya 18 milyon 840 min tonunu tranzit yüklər təşkil edib.

Seçilən
25
11
yenicag.az

10Mənbələr