Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sabah” matçının biletləri bu gündən satışa çıxarılır.
Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, biletlər bu gün saat 19:00-dan etibarən satışda olacaq. Qiymətlər isə sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.
Biletlər bu gün saat 19:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Ağdam klubunun yaydığı açıqlamada o da qeyd olunur ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Sabah” matçına saat 19:00-da start veriləcək.