Misli premyer-liqasının 24-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri bu gün saat 19.00-dan etibarən satışda olacaq.
"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadı. Biletlər bu gün saat 19.00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq. Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" qarşılaşması 22 fevral tarixində, saat 19.00-da, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta