1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Donald Tramp hal-hazırda dezinformasiya qovuğu içindədir və Kiyev istərdi ki, Amerika liderinin komandası Ukrayna haqqında daha çox həqiqəti bilsin.
Oxu.Az "Reuters" agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski alman jurnalist Sandre Mayşberqerə müsahibəsində deyib.
Ukrayna lideri bununla da Ağ Ev rəhbərinin V.Zelenskinin populyarlıq reytinqinin dörd faiz təşkil etməsinə dair sözlərinə cavab verib. Siyasətçi vurğulayıb ki, bu gün səhər yayılan sorğunun nəticələri əhalinin Zelenskiyə etimad səviyyəsinin xeyli böyük olduğunu göstərir:
"Dörd faizlik dezinformasiyanın Rusiyadan gəldiyini başa düşürük. Bu rəqəmlərin ABŞ və Rusiya arasında müzakirə edildiyinə dair sübutlarımız var. Təəssüf ki, Tramp bu dezinformasiya qovuğu içində yaşayır".