AZ

Təcili yardım maşını piyadanı vuraraq öldürdü


Goranboyda təcili yardım maşını piyadanı vuraraq öldürüb.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Təcili Tibbi Yardım maşını yolu qarşı tərəfə keçən 2004-cü il təvəllüdlü Cahangir Orucovu vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
48
12
bakupost.az

10Mənbələr