AZ

Ançelotti: "Qvardiolaya qarşı oynamaqdan bezmişəm"

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının pley-off mərhələsinin "Mançester Siti" ilə cavab oyunu öncəsi maraqlı zarafat edib.

Milli.Az xəbər verir ki, o, Xosep Qvardiolanın rəhbərlik etdiyi "şəhərlilər"lə qarşılaşmaqdan yorulduğunu deyib: 

"Bundan çox yorulmuşam. Qvardiolaya qarşı oynamaqdan yoruldum. Mən hələ də onun fantastik məşqçi olduğunu düşünürəm və şadam ki, bir-birimizi tez-tez görürük. Əslində ikimiz də başa düşürük ki, oyun bizim aramızda deyil, "Mançester Siti" və "Real" arasındadır".

Qeyd edək ki, sözügedən komandalar arasında cavab oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk görüşdə "Real" 3:2 hesablı qələbə qazanıb. (qol.az)

Milli.Az

Seçilən
51
50
milli.az

10Mənbələr