AZ

Zelenksi: "Mən ölkəmizi sata bilmərəm"

Ukrayna prezidenti Volodimir Zelenksi sülh danışıqlarının gündəmdə olduğu bir vaxtda ABŞ tərəfinin şərtlərini ciddi qəbul etmədiyini açıqlayıb.

Demokratikmusavat.combildirir ki, Volodimir Zelenksi Ukrayna Ordusunun kifayət qədər güclü olduğunu deyib:

"Biz Avropanın ən möhkəm ordusuna sahibik. Bu güc bizə digər tərəfdaşlarla, yəni müttəfiq və ya düşmənlərlə bərabər səviyyədə danışmaq imkanını yaradır. Düşünürəm ki, ilk növbədə mübarizə apardığımız tərəflərə baxmalıyıq. Rusiyanın bütün güzəştləri ilə razılaşmaq qərarını əhalinin yalnız 1 %-i dəstəkləyir. Bizim cavabımız budur. Mən Ukraynanı müdafiə edirəm. Ölkəmizi sata bilmərəm. Hər şey bu qədər sadədir. Mən onlara hətta təklif də etdim. Siz bizə təminat verin, biz də qarşılıqlı razılaşma əsasında memorandum imzalayaq. Lakin mənə çox böyük rəqəmlər təqdim etdilər. Təbii ki, "yox" cavabını verdim. Bu məsələ ilə bağlı hüquqşünaslar məşğul olsunlar. Mən bu sənədlərin detallarına toxunmayacağam. Ümumi olaraq isə ABŞ bizə təxminən 60 milyard hərbi yardım və daha 31,5 milyard maddi dəstək verib. Biz bütün bunlar üçün minnətdarıq. Lakin istənilən halda bu rəqəm 500 milyard ola bilməz. "Bütün bunlar 500 milyarda başa gəldi, ona görə də bizə bu məbləği qaytarın" kimi tələbin qarşımıza qoyulması absurddur. Mən bunu ciddi hesab etmirəm".

Qeyd edək ki, bu, Kiyev liderinin ilk belə çıxışı deyil. V.Zelenski son günlər verdiyi açıqlamaları ilə həm ABŞ, həm də Rusiya tərəfinin istəkləri ilə razılaşmadığını bildirib.(milli.az)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
34
5
Demokratikmusavat.com

10Mənbələr