AZ

PFL-dən "Qarabağ" - "Kəpəz" oyunu ilə bağlı QƏRAR

Misli Premyer Liqasının XXVII turunda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan "Qarabağ" - "Kəpəz" oyununun yeri dəyişdirilib.

Milli.Az xəbər verir ki, AFFA tərəfindən martın 15-də Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək.

Bu səbəbdən Peşəkar Futbol Liqasına müraciət edilib.

PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq XXVII turun "Qarabağ" - "Kəpəz" oyunu ilə XXXV turdakı "Kəpəz" - "Qarabağ" qarşılaşmasının yerlərində dəyişiklik edib.

Sözügedən matçın start fiti saat 17:00-da səslənəcək.

Milli.Az

Seçilən
43
11
milli.az

10Mənbələr