AZ

PFL-dən “Qarabağ” - “Kəpəz” oyunu ilə bağlı QƏRAR

AFFA Peşəkar Futbol Liqasına müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə PFL-ni mətbuat xidməti məlumat yayıb. 

Müraciət 15 mart 2025-ci ildə Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi səbəbindən həmin gün Misli Premyer Liqasının 27-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı olan “Qarabağ” – “Kəpəz” matçının yerinin dəyişdirilməsi ilə bağlıdır. 

PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünün təqviminə dəyişikliyin edilməsinə qərar verib.
 

Beləliklə, 27-ci turun Bakıda keçirilməli olan “Qarabağ” - “Kəpəz” matçı martın 15-də “Kəpəz” - “Qarabağ” oyunu olaraq Tovuz şəhər stadionunda təşkil ediləcək. 


Qeyd edək ki, sözügedən matç saat 17:00-da start götürəcək. 

Bizim.Media

Seçilən
47
10
bizim.media

10Mənbələr