Roma Papası Fransiski qoruyan İsveçrə Qvardiyası pontifikin mümkün dəfn mərasimi ilə bağlı məşqlərə başlayıb.
“İsveçrə Qvardiyası pontifikin ölümü də daxil olmaqla istənilən ehtimala hazırlıq görür. Mühafizəçilər üçün komendant saatı tətbiq edilib. Həmçinin dəfn mərasiminə aid məşqlər keçirilir”, – deyə məlumatda qeyd olunub.
Öz növbəsində, Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti açıqlamasında bildirib ki, Papa Fransiskin vəziyyəti stabildir və qan analizinin nəticələri bəzi göstəricilərdə onun bir qədər yaxşılaşdığını göstərir.
Xatırladaq ki, 88 yaşlı pontifik fevralın 14-dən xəstəxanadadır. Bir gün əvvəl ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Həkimlər onun kliniki vəziyyətinin mürəkkəb olduğunu bildirirlər.//Oxu.Az