1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
UEFA Çempionlar Liqasında 1/8 final uğrunda keçirilən pley-off mərhələsinin son qarşılaşmaları oynanılıb.
Oxu.Az xəbər verir ki, daha 2 komanda turnirin növbəti raunduna vəsiqə qazanıb.
Parisdə baş tutan fransız duelinin qalibi, gözlənildiyi kimi PSJ olub. Paytaxt klubu səfərdə "Brest"in qapısından 3, ev oyununda isə 7 cavabsız top keçirib. İki görüşün nəticəsinə görə, 10:0 qalib gələn Fransa çempionu adını son 16 komanda siyahısına yazdırıb.
Gecənin ən maraqla gözlənilən qarşılaşması Madriddə keçirilib. Yarışın son qalibi "Real" "Mançester Siti"ni qəbul edib. İngiltərədən 2:3 hesablı üstünlüklə qayıdan kral klubu bu dəfə də azarkeşlərini qələbə ilə sevindirib. Mbappenin het-triki madridlilərin 1/8 finala çıxmasını rəsmiləşdirib - 3:1 (6:3). Bu mövsüm uğursuz çıxışı ilə seçilən "şəhərlilər" isə Çempionlar Liqası ilə vidalaşıb.