AZ

Superkompüter Çempionlar Liqasının qalibini açıqladı: "Real Madrid" deyil

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Opta"nın superkompüteri 2024-2025-ci illər mövsümündə Çempionlar Liqasını hansı komandanın qazanacağını proqnozlaşdırıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, 16 komandanı qiymətləndirən kompüterə görə, "Real Madrid" bu dəfə çempion olmayacaq.
Superkompüter titul qazanmaq üçün ən az şansı "Feyenoord"a verib. Onun ən yaxın qonşusu "Brügge"dir. Ötən ilin finalçısı Dortmund "Borussiyası" titul qazana biləcək 16 komanda arasında 14-cü yerdə qərarlaşıb. "Opta"nın proqnozuna görə, PSV 13-cü, "Benfika" 12-ci, "Lill" 11-ci, "Aston Villa" isə 10-cu yerdədir.
Superkompüterin çempionluq şansları sıralamasında "Atletiko Madrid" 9-cu, Almaniya nəhəngi "Bavariya" 8-ci, Leverkuzen "Bayer"i 7-ci, PSJ 6-cı yerdədir.
Hesablamalara görə, "Real Madrid" 10.5 faiz ehtimalla çempionluq şansı ən yüksək olan 5-ci, "İnter" isə 12.4 faiz ehtimalla 4-cüdür.
Üçüncü yerdə "Barselona"dır - 12.7 faiz. "Arsenal" isə 16.8 faiz ehtimalla ikinci pillədədir.
"Opta"nın superkompüterinə görə, cari mövsümdə "Liverpul" Çempionlar Liqasının qalibi olma ehtimalı ən yüksək - 20.2 faiz olan komandadır.
Superkompüter, həmçinin 1/4 finala yüksəlmək ehtimalı yüksək olan 8 komandanı da müəyyən edib. "Arsenal", "Liverpul", "İnter", "Real Madrid", "Barselona", ​​"Aston Villa", "Lill" və "Bavariya" son 8-ə düşmək ehtimalı ən yüksək olan komandalar kimi göstərilib.
Qeyd edək ki, superkompüter hər bir matçın qalibiyyət, heç-heçə və ya məğlubiyyət ehtimalını hesablamaq üçün "Opta"nın Güc Reytinqindən istifadə edir və sıralamalar komandaların keçmiş çıxışlarına əsaslanır.
Seçilən
71
50
oxu.az

10Mənbələr