AZ

UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasında 1/8 final uğrunda keçirilən pley-off mərhələsinin son iştirakçısının adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, ötən həftə doğma meydanda PSV-ni 2:1 üstələyən "Yuventus" səfər matçının əsas vaxtında eyni hesabla uduzub - 2:1 (3:3). Ümumi hesab bərabər olduğundan qarşılaşmada əlavə vaxta ehtiyac yaranıb.
Artırılmış 30 dəqiqə içində qapılarında üçüncü qolu görən "Yuventus" turniri tərk etməli olub.
Niderland çempionu isə adını 16 komanda siyahısına yazdıra bilib.
Seçilən
90
50
oxu.az

10Mənbələr