Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə aktrisa ilə bağlı emosional paylaşım edib.
News24.az xəbər verir ki, o, Tünzalə Əliyevanın rəsmi Instagram hesabında öz hisslərini bölüşüb. O, uşaqlıq illərindən başlayaraq xəyalları və düşüncələri haqqında danışıb, həyat yoldaşı ilə keçirdiyi illərin onun üçün nə qədər dəyərli olduğunu vurğulayıb.
Röyal paylaşımında həyat yoldaşını xatırlamağın və onunla bağlı xəyallar qurmağın ona böyük təsəlli verdiyini qeyd edib. O, Tünzalə Əliyevanın yoxluğuna baxmayaraq, onun varlığını daim hiss etdiyini və bu duyğunun ona güc verdiyini bildirib.
Onun paylaşımında bu sözlər yer alıb:
"Uşaq olarkən çox xəyallar qurardım və çox düşünərdim ki, necə edim ki, öz səhvlərimi görüm və onları etməməyə çalışım. Xəyal qurmağa başladım, məsələn, özümə kənardan baxırdım.
Bəlkə də bu, ilk baxışdan doğru anlaşıla bilər. Və dəftərim var idi, həmişə evin altında gizlədirdim. Ora gündəlik etdiyim şeyləri yazırdım və günün sonunda nəyi düz, nəyi səhv etdiyimi bilməkdə mənə kömək edirdi. 2013-cü ildə həyatıma Tünüş girdi və nağıl kimi həyat yaşadım. Sevdim, çox sevdim. 10 il ailə üçün çox az idi! Amma şükür edənlərdənik, həmd olsun Allaha.
Və 2 ildir ki, yenidən xəyal qurmağa başladım. Tunus hələ də mənimlə bir evdə yaşayırmış kimi davam edirəm. Bu, çox kömək edir. Sevdiyin birinin digər dünyada olması heç nəyi dəyişmir, sadəcə toxuna bilmirsən. Qalan hər nə varsa, hər şeyi xəyalən yaşamağa davam edirsən.
Bir filmə baxmışdım. Qısa bir epizodda vida səhnəsi var idi. “Əlvida” demirəm, “xudahafiz” deyə vidalaşma səhnəsi var idi. “Gözəl üzlü, gözəl yarım, əlvida heç bir zaman demədim, tezliklə görüşəcəyik, inşallah, xudahafiz!”. O günə qədər isə səbr!” /yenisabah.az