"Qalatasaray"ın baş məşqçisi Fatih Terim həyat yoldaşı Fulya Terimin doğum gününü qeyd edib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, o, həyat yoldaşının 65 illik yubileyini sosial mediada romantik paylaşımı ilə qeyd edib. Məşhur direktor paylaşımında bu sözləri yazıb:
"Qəlbimizin hər zaman birlikdə döyündüyü illərimiz daha çox olsun.İki insanın bir-birini bu qədər sevdiyi illər toplandıqca, bu münasibətə yalnız sevgi və xoşbəxtlik deyil, həm də xatirələrin gücü dəyər qatır. Aradan keçən yarım əsrin hər anında sənin izlərini görürəm.Hər kəsə yetən, hər ehtiyacı qarşılayan, ailəmizin körpüsü olan gözəl həyat yoldaşım... Doğum günün mübarək. Dünyanın harasında olsaq da, ürəklərimizin birlikdə döyündüyü daha çox sülh və xoşbəxtlik illərimiz olsun" .
Qeyd edək ki,1982-ci ildə ailə quran cütlük illərdir davam edən xoşbəxt münasibətləri ilə tanınır. Cütlüyün bu evlilikdən 2 övladı var.
Fidan
Milil.Az
Məqaləyə dair fotomateriallar:
.png)