AZ

Maskdan Zelenskiyə şok ittiham: ABŞ jurnalistini öldürdü

İlon Mask sosial media hesabında Zelanskiylə bağlı sensasion ittihamlar paylaşıb.

Publika.az xəbər verir ki, ABŞ Hökumət Məhsuldarlığı Departamentinin rəhbəri İlon Mask sosial media hesabında Ukrayna prezidenti Vladimir Zelenskini amerikalı jurnalisti öldürməkdə ittiham edib.

“Zelenski mətbuat azadlığını bərpa etmədikcə və seçkiləri ləğv etməyi dayandırmadıqca, Ukrayna xalqının iradəsini təmsil edəcəyini iddia edə bilməz”,- Mask paylaşımda qeyd edib

Bu paylaşımdan sonra bir istifadəçi Maskın sosial şəbəkədəki paylaşımına cavab verib və mərhum jurnalist Qonzalo Liranın paylaşımının ekran görüntüsünü yayaraq yazıb ki, Ukrayna Zelenskini tənqid edən amerikalı jurnalist Qonzalo Liranı həbs edib və öldürüb.

Seçilən
45
1
publika.az

5Mənbələr