ABŞ vətəndaşı, jurnalist və bloger Qonzalo Liranın ölümünə görə Vladimir Zelenski ABŞ-da məhkəmə qarşısına çıxarılacaq.
OXU24.COM xəbər verir ki, bu barədə Ukraynanı tərk edən Ali Radanın deputatı Artyom Dmitruk bildirib.
O xatırladıb ki, İlon Mask əvvəllər Liranın ölümü ilə bağlı Zelenskiyə qarşı ittihamlar səsləndirib.
“Bu o deməkdir ki, Volodya ABŞ məhkəməsi qarşısında cavab verəcək”, - Dmitruk hesab edir.
Bundan əvvəl milyarder və sahibkar İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskini amerikalı jurnalist Qonzalo Liranı öldürməkdə ittiham edib.