İranın "Persepolis" klubu ölkə çempionatında Təbrizin "Traktor" komandası ilə oyunda yaşananlara görə cərimələnib.
"Football-plus.az" xəbər verir ki, buna həmin qarşılaşmada irqçi şüarların səsləndirilməsi səbəb olub.
Tehran təmsilçisi 2 milyard tümən (80 min manat) cərimə olunub. "Traktor" isə 1 milyard tümən (40 min manat) ödəyəcək.
Bundan başqa, tərəflər arasında qarşıdakı iki mövsümdə ev və səfər matçları azarkeşsiz keçiriləcək. "Persepolis"in ev matçlarına isə məhdud sayda qadın fanat buraxılacaq.
Xatırladaq ki, yanvarın 26-da keçirilən oyun "Persepolis"in qələbəsi ilə başa çatıb - 2:0. "Traktor" hazırda İran çempionatında 41 xalla liderdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta