1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin son oyun günündə keçirilən dörd görüşün ən yaxşı futbolçuları bəlli olub.
Oxu.Az xəbər verir ki, 0:0 hesablı heç-heçə ilə başa çatan "Borussiya Dortmund" - "Sportinq" matçının ən yaxşısı Rui Silva seçilib.
"Brest"i doğma meydanda 7:0 hesablı darmadağınla məğlub edən PSJ klubunun futbolçusu Vitinya oyunun ən yaxşısı olub.
Noa Lanq 3:1 hesabı ilə başa çatan PSV - "Yuventus" matçının ən yaxşı oyunçusu seçilib.
"Real Madrid" - "Mançester Siti" görüşünün ən yaxşısı isə het-trik edən Kilian Mbappe olub.