Hurriyyet.az xəbər verir ki, Türkiyə ilə Rusiyanın xarici işləri bu gün danışıqlar aparacaqlar. TASS informasiya agentliyi bu məlumatı Türkiyə XİN-dəki mənbəyə istinadla verib.
Məlumatda bildirilir ki, fevralın 20-də, Yohannesburq şəhərində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ikitərəfli görüşü gözlənilir.
Bu gün Yohannesburqda G20 ölkələrinin XİN rəhbərlətinin sammiti işə başlayır.
Türkiyə XİN-dəki mənbə bildirib: "Bu gün nazirin RF XİN rəhbəri Sergey Lavrov bə Çin XİN-in başçısı Van İ ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır".
Hürr Tərcüman