AZ

Hakan Fidan Sergey Lavrovla görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat verib. Bildirilir ki, görüş Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilib. Tərəflər Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlar prosesini müzakirə edib.

Qeyd edək ki, Cənubi Afrikanın Yohannesburq şəhərində G20 xarici işlər nazirləri toplantısı keçirilir. Sergey Lavrov və Hakan Fidan toplantıda iştirak edir.

Seçilən
19
36
metbuat.az

10Mənbələr