AZ

Bakıda və Abşeron yarımadasında arabir sulu qar müşahidə olunur – Faktiki hava

Bakı, 20 fevral, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin fevralın 20-si saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Şuşa, Xankəndi, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Tovuz, Qazax, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şahdağ, Şabran, Yardımlı və Lerikdə qar yağır.

Bakıda və Abşeron yarımadasında isə arabir sulu qar müşahidə olunur.

Naxçıvan, Şahbuz, Naftalan, Oğuz, İsmayıllı, Füzuli, Xocalı, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lənkəran və Astarada yağış yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti 25 metr/saniyədir. Dənizdə dalğanın hündürlüyü 3.5 metrdir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2°, Aran rayonlarında 5°, Naxçıvan Muxtar Respublikasında 4°-dək isti, dağlıq rayonlarda 12°-dək şaxta qeydə alınıb.

Seçilən
4
49
azertag.az

10Mənbələr