AZ

Bakıda və Abşeronda qar yağacaq - YENİLƏNİB

Bu gün saat 12:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.

Şuşa, Xankəndi, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Tovuz, Qazax, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şahdağ, Şabran, Yardımlı, Lerikdə qar yağır.

Bakıda və Abşeron yarımadasında isə arabir sulu qar müşahidə olunur.

Naxçıvan, Şahbuz, Naftalan, Oğuz, İsmayıllı, Füzuli, Xocalı, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lənkəran, Astarada yağış yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 3.5 metrdir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 5, Naxçıvan MR-da 4 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

***

13:30

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı, bəzi yolların isə buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-7° şaxta olacaq.

Bəzi rayonlarda yolların buz bağlama ehtimalı var.

Seçilən
7
49
avtosfer.az

10Mənbələr