Febralın 19-da Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayon Çobankol kəndindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 5 nəfər (3-ü kişi, 2-si qadın cinsli olmaqla) 18:30 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının II Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə SİA-ya TƏBİB-dən bildirilib.
Bədənin müxtəlif nahiyələrinin travma, sınıq və əzikləri diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2 nəfər 19.02.2025-ci il tarixində, 3 nəfər isə 20.02.2025-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta