AZ

5 nəfər yaralı var - TƏBİB AÇIQLADI

Febralın 19-da Qax-Zaqatala yolunda, Zaqatala rayonu Çobankol kəndində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 5 nəfər (3-ü kişi, 2-si qadın cinsli olmaqla) 18:30 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

 

Bu barədə  Oxu24.com-a  TƏBİB-dən bildirilib.

 

Qeyd olunub ki, bədənin müxtəlif nahiyələrinin travma, sınıq və əzikləri diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

 

Onlardan 2 nəfər fevralın 19-da, 3 nəfər isə fevralın 20-də ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
17
3
oxu24.com

7Mənbələr