AZ

Kürdəmirdə maşın kanala aşıb, iki nəfər ölüb - Yenilənib

Kürdəmirdə avtomobilin kanala aşması nəticəsində iki nəfər ölüb...

APA xəbər verir ki, “Mitsubishi” markalı 90 NY 966 dövlət nömrə nişanlı avtomobildə olan Kürdəmir rayon sakinləri 1967-ci il təvəllüdlü Hacıyev Elşən Hacıbaba və 1977-ci il təvəllüdlü Əhmədov Cabir Yolçu oğlu vəfat edib.

***

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Qazax əsas magistral yolunun rayonun Şilyan kəndindən keçən hissəsində avtomobil kanala aşıb.

Ölənlərin olduğu bildirilir.

Hazırda aidiyyəti qurumlar hadisə yerindədirlər.

Poliqon.info

Seçilən
3
5
poliqon.info

10Mənbələr