Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Şilyan kəndindən keçən hissəsində Mitsubishi” markalı 90 NY 966 dövlət nömrə nişanlı avtomobil kanala aşıb.
Nəticədə iki nəfər – Kürdəmir rayon sakinləri 1967-ci il təvəllüdlü Hacıyev Elşən Hacıbaba və 1977-ci il təvəllüdlü Əhmədov Cabir Yolçu oğlu ölüb.