Qar yağması və yolların buzlaşması səbəbindən İstanbulda məktəblərdə edilən tətil sabah da davam edəcək.
Axar.az xəbər verir ki, eyni səbəblərə görə Ermənistan Təhsil Nazirliyi də 21 fevral üçün İrəvan da daxil olmaqla, bütün məktəblərdə tətil elan edildiyini az öncə açıqlayıb.
Hazırda paytaxt Bakı və ölkənin əksər rayonlarında güclü qar yağır, eyni zamanda Bakıda küləyin sürəti saatda 30 km-ə çatır ki, bu da çovğuna səbəb olur. Buna baxmayaraq, Elm və Təhsil Nazirliyi məktəblərdə - ən azı ibtidai siniflər üçün - tətil elan edilməsi ilə bağlı hər hansı rəsmi açıqlama yaymayıb.
Nazirliyin qaynar xətti də hazırda zənglərə cavab vermir.
Xatırladaq ki, xüsusilə Bakıda adətən belə “qərarları” valideynlər “qeyri-rəsmi” olaraq qəbul edirlər və uşaqları çovğunda məktəbə göndərməməklə nazirliyin funksiyasını bir günlük "mənimsəyirlər".