Qeyri-sabit hava ilə əlaqədar reyslər ləğv olunacaq? - AÇIQLAMA
Dünəndən ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəqliyyatda bir sıra problemlər yaradıb. Bəs qeyri-sabit hava şəraiti hava nəqliyyatına necə təsir göstərir? AZAL-da reyslər ləğv oluna bilərmi? Mövzu ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Manset.az-a bildirib ki, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir: "Uçuşların təhlükəsiz və fasiləsiz icrasını təmin etmək məqsədilə hava limanında bütün zəruri tədbirlər görülməkdədir. Uçuş-enmə zolaqları və sürmə yolları mütəmadi olaraq xüsusi texnika vasitəsilə təmizlənir və buzlanmaya qarşı xüsusi maddələrlə emal edilir. Bundan əlavə, hava gəmilərinin buzlanmadan qorunması üçün "de-icing" (buzdan təmizləmə) prosedurları tətbiq olunur".
Seyranə Quliyeva