AZ

Uçuşlar cədvələ uyğun həyata keçirilir - Hava limanından AÇIQLAMA

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir.

Ekologiya.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Uçuşların təhlükəsiz və fasiləsiz icrasını təmin etmək məqsədilə hava limanında bütün zəruri tədbirlər görülməkdədir. Uçuş-enmə zolaqları və sürmə yolları mütəmadi olaraq xüsusi texnika vasitəsilə təmizlənir və buzlanmaya qarşı xüsusi maddələrlə emal edilir.

Bundan əlavə, hava gəmilərinin buzlanmadan qorunması üçün "de-icing" (buzdan təmizləmə) prosedurları tətbiq olunur.

Seçilən
16
17
ekologiya.az

10Mənbələr