Bakıda marşrut avtobusu ağır qəza törədib.
Bizim.Media xəbər verir ki, 1961-ci il təvəllüdlü İlqar Əliyev idarə etdiyi “Daewoo” markalı 76 saylı xətt marşrut avtobusu ilə Suraxanı rayonu Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində yolu keçmək istəyən piyadanı vurub.
Nəticədə 1973-cü il təvəllüdlü Xibabayev Zahid Qədim oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta