AZ

Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb



Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb.

Newscenter.az xəbər verir ki, 1961-ci il təvəllüdlü İlqar Müseyib oğlu Əliyev idarə etdiyi “Daewoo” markalı 76 saylı marşrut avtobusu ilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1973-cü il təvəllüdlü Zahid Qədim oğlu Xibabayevi vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Seçilən
0
8
newscenter.az

10Mənbələr